• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Daha bir qazi özünü yaşadığı evdən asaraq, İNTİHARA CƏHD EDİB



Xaçmaz rayonu Müzəffəroba kənd sakini, 1993-cü il təvəllüdlü XTQ giziri Yusif Seyfulla oğlu Əsədullayev özünü yaşadığı evdən asaraq intihara cəhd edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, onu xilas etmək mümkün olub. İntihara səbəb kimi rəsmi qurumların ona etinasiz yanaşdığını bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xaçmazda intihara cəhd edən Əsədullayev Yusif Seyfulla oğlu barədə açıqlama yayıb.
 
Nazirlikdən verilən məlumata görə, Vətən müharibəsi iştirakçısı Əsədullayev Yusif Seyfulla oğluna 28.05.2021-ci il tarixdən III dərəcə müharibə əlilliyi təyin edilib və ona 300 manat məbləğində Prezidentin aylıq təqaüdü ilə yanaşı, əlilliyə görə 623.51 manat məbləğində pensiya ödənilir.
 
Bildirilib ki, Yusifə həmçinin 4400 manat sığorta ödənişi, YAŞAT Fondu tərəfindən 14648.17 manat maddi yardım edilib. Vətəndaşın anası Əsədullayeva Ağbəniz Cəlil qızı “Maldarlıq təsərrüfatı” zərfi üzrə özünüməşğulluq proqramına müraciət edərək aktivlərlə təmin olunub.
 
Müharibə bitdikdən sonra məşğulluq filialına yaxınlaşaraq özünüməşğulluq proqramına cəlb olunmaq istədiyini bildirib.
 
Xaçmaz rayon İH tərəfindən 30.08.2021-ci il tarixində imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülüb.
 
O, 27 sentyabr 2021-ci ildə nazirlik tərəfindən imtiyazlı şəxs kimi minik avtomobili ilə təmin olunub.

ƏN ÇOX OXUNANLAR

0.10250520706177