• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Hərbçinin ölümü Müdafiə Nazirliyində ARAŞDIRILIR



Mingəçevir su anbarında çimən şəxs boğulub.

Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkəlrdə məlumat yayılıb.

Bildirilir ki, sözügedən şəxs 1995-ci il təvəllüdlü Goranboy rayon sakini Bayramov Namizəd İsrayıl oğludur və o, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, Azərbaycan Ordusunun çavuşu Mingəçevir su anbarında boğulub. 

Qeyd olunub ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Bayramov Namizəd İsrail oğlu iyulun 13-də xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib. Faktla bağlı araşdırma aparılır.


ƏN ÇOX OXUNANLAR

0.075741052627563