• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

5 gündə 4 əsgərimiz ÖLÜB: Cəbhədə NƏ BAŞ VERİR?



2 iyul. Bakı qarnizonunda xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nurlan Elşən oğlu Ağamalıyev səhər saatlarında baş vermiş texniki qəza nəticəsində həlak olub.

342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

5 iyul. Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rəvan Zeynalabdin oğlu Tağıyev avtomat silahdan atəş açaraq özünü öldürüb.

8 iyul. Əsgər Hüseyn Bayramov odlu silahdan açılan atəş nəticəsində ölür. Yayılan rəsmi açıqlamada bildirilir ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseyn Ruslan oğlu Bayramov ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində vəfat edib.

9 iyul. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) 1990-cı il təvəllüdlü kiçik çavuş Novruz Tağı oğlu Tağıyev xidməti vəzifəsinin yerinə yetirən zaman avtomobil qəzasında ölür.

13 iyul. N saylı hərbi hissədə xidmət edən Goranboy sakini 1995-ci il təvəllüdlü müddətdən artıq hərbi xidmət qulluqçusu (MAXE) Namizəd İsrayıl oğlu Bayramov suda çimərkən boğularaq ölür.

13 iyul. Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ruslan Şərif oğlu Manafzadə avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.

Son 11 gündə baş verən əsgər ölümləridir: 6 ölüm. Bunlardan biri laqeydlik və ya vicdansızlıqdan, ikisi faciədən baş verib, 3-ü isə intihardır.

9 gün ərzində 3 əsgərimiz intihar edib.

Son 5 gündə 4 əsgər ölüb – onlardan ikisi MAXE-dir.

Ordumuzda nə baş verir?   

Mənbə Yenipress.az

ƏN ÇOX OXUNANLAR

0.11275100708008