• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Raket və artilleriya bölmələrinin təlimindən MÖHTƏŞƏM GÖRÜNTÜLƏR - VİDEO



2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində atəş tapşırıqları yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, plana əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi tapşırıqları icra edilib.

Təlimin keçirilməsində əsas məqsəd raket və artilleriya bölmələrində komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsidir.

ƏN ÇOX OXUNANLAR

0.075217008590698