• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Kafedə işlədiyinə görə qadını qınayan aparıcını biabır etdilər: — «Sən niyə kişilərlə işləyirsən?»



Xəbər verdiyimiz kimi, Real TV-də çörəyin qiymətinin qalxmasıyla bağlı sujetin başlığı sosial şəbəkələrdə ironiya ilə qarşılanıb.

“Çörəyin qiyməti xərcinə uyğunlaşdırıldı” başlığı tənqidlərə səbəb olub.

Bu xəbərin ardından televiziyanın efirində jurnalist Ülviyyə Hüseynovanın aparıcılığı ilə yayımlanan «Problem» verilişi barədə də mənfi rəylər yaranıb.

Bakı.Media cebhe.info-ya istinadla xəbər verir ki, aparıcı sözügedən verilişdə 3 uşağını atıb kafedə işləyən 33 yaşlı qadının axtarışına çıxıb. Daha sonra qadının 3 uşağı atması, kafedə işləməsi barədə fikirlərinə görə jurnalist hədəfə çevrilib. İzləyicilər aparıcını təhqir ediblər.

Adıçəkilən qadın ərinin içdiyini, ona qeyri-ənənəvi yolla təcavüz etdiyini bildirib. Aparıcı is öz növbəsində 3 uşağının xətirinə qadının kafedə işləməkdənsə buna dözməli olduğunu vurğulayıb. İzləyicilər kafedə işləməyi qüsur kimi görən aparıcını ciddi tənqid ediblər. İzləyicilər hətta jurnalisti «vicdansız» adlandırıb, qınadığı «yad kişilərlə işlədiyini» elə aparıcının özünə xatırladıblar: «Bəs sən kişilərdən niyə müsahibə götürürsən?!»

Kafedə işlədiyinə görə qadını qınayan aparıcını biabır etdilər:
Kafedə işlədiyinə görə qadını qınayan aparıcını biabır etdilər:
Kafedə işlədiyinə görə qadını qınayan aparıcını biabır etdilər:

ƏN ÇOX OXUNANLAR

  • 153
Avro və rubl bahalaşdı
0.14621901512146