• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Nazir Kəmaləddin Heydərov generala YÜKSƏK VƏZİFƏ VERDİ



Fövqəladə Hallar Nazirliyində kadr dəyişiklikləri olub.  

Unikal xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi general-mayor Məhərrəm Həsənov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, FHN-nin Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi vəzifəsinə isə Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli təyinat alıb.

ƏN ÇOX OXUNANLAR

0.080518960952759