• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakı Baş Gömrük İdarəsi İsmayıl Hüseynova HƏVALƏ EDİLİB - MARAQLI TƏRCÜMEYİ-HALI VAR



Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Komitə sədrinin I müavini İsmayıl Hüseynova həvalə edilib.

Report.az xəbər verir ki, bu barədə DGK sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb. Dövlət Komitəsindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli işdən çıxarılıb.



Qeyd edək ki, 1974-cü ildə Naxçıvanda anadan olan Hüseynov İsmayıl Xəlil oğlu 2018-ci ildən Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini vəzifəsini icra edir. 2020-ci ildən gömrük xidməti general-leytenantı rütbəsi daşıyır.
Komitənin rəsmi saytında  yer alan tərcümeyi-halda göstərilir ki, İsmayıl Hüseynov 1995-ci ildən, yəni 21 yaşından gömrük orqanlarında xidmətə başlayıb.

Daha sonra bildirilir ki, o 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsinə daxil olub və  1996-cı ildə həmin Universiteti bitirərək magistr dərəcəsi alıb.

Maraqlıdır ki, 1996-cı ildə Azərbaycanda ali təhsil müəssisələri məzunlarına magistr elmi dərəcəsi verməyib.

Azərbaycanda 1993-cü ildə ölkədə ikipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə başlanılıb. 1997-ci ildə ali təhsilin bakalavriat pilləsində ilk buraxılış olduqdan sonra Nazirlər Kabinetinin razılığı əsasında Təhsil Nazirliyinin əmri ilə ölkənin 23 dövlət, 9 özəl ali məktəbində ali təhsilin ikinci - magistratura pilləsinə keçilməsinə icazə verilib.

2005-ci ilə kimi magistraturaya qəbul ali məktəblər tərəfindən aparılıb. 2005-ci ildən etibarən magistraturaya tələbə qəbulu DİM (keçmiş TQDK) tərəfindən həyata keçirilir.

Qeyd edək ki, İsmayıl Hüseynovun tərcümeyi-halı ilə bağlı xəbər saytımızda dərc olunduqdan sonra, onun magistratura təhsili ilə bağlı məlumat DGK-nın rəsmi saytından götürülüb.

ƏN ÇOX OXUNANLAR

  • 16
Rusiyada zəlzələ olub
0.084724903106689