• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Berdzor” yazısını dağıdanlar NİYƏ HƏBS OLUNUB?



“Vətəndaşların Laçın rayonu ərazisində lövhəni (“Berdzor” yazısı - red.) sındırması ilə bağlı inzibati qayda həbs edilməsi ilə bağlı iddiaları təkzib edirik, tam əsassızdır”.
 
Bu barədə  Daxili İşlər Nazirliyinin Şöbə rəisi Elşad Hacıyev bildirib.
 
E.Hacıyevin sözlərinə görə, həmin şəxslərə digər səbəbdən 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub:
 
“Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanuni yollarla daxil olduqları və polis işçisinin yaxud hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmadıqları üçün barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.
Həmin ərazidə də “surpriz” partlayıcı və mina təhlükəsi var.
 
Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, hər bir vətəndaşın təhlükəsizliyi diqqət mərkəzində saxlanılmaqla, cəzalandırmanın məqsədi profilaktik əhəmiyyət daşıyır”.
 
Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Laçının girişindəki erməni dilində “Berdzor” (işğalda olduğu müddətdə Laçın ermənilər tərəfindən “Berdzor” adlandırılıb) yazılan löhvənin söküldüyünü əks etdirən görüntülər yayılıb.

 

ƏN ÇOX OXUNANLAR

0.090226888656616