• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ekspert Ərəstun Oruclu: "Azərbaycana, Gürcüstana, Moldovaya bunu yaşatmış Rusiya indi özü eyni aqibəti yaşamağa məhkumdur"



“Rusiyanın Ukraynadakı fəlakəti davam edir. Təkcə son 3 gün ərzində rus ordusunun fiziki itkiləri bir yana, psixoloji məğlubiyyəti artıq ortadadır. Dünyanın "ikinci ordusunun" əsgər və zabitləri döyüş meydanından kütləvi şəkildə qaçmaqdadır”.

Bunu təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bildirib.

“Kreml təbliğatçılarının ritorikası dəyişib: indi onlar təkcə Rusiya daxilində deyil, nə qədər əcaib görünsə də ruslarla ukraynalıları da birliyə çağırırlar. Dünən hikkəli şəkildə "məhv etmək lazımdır!" dedikləri Ukrayna "nasistlərini". Putinin hərbi komandanlığın nümayəndələri ilə görüşünün təxirə salınması, onun təlxəyi Kadırovun ziddiyyətli açıqlamaları da göstərir ki, artıq...

Artıq savaş Rusiyanın daxilinə, daha doğrusu Kremlin daxilinə keçir. İndi Rusiyada müharibə nəinki Kiyevi və ya heç olmazsa Donbası tam götürmək uğrunda deyil, Kremlə sahiblənmək uğrunda gedəcək.

Biz bu mərhələni 90-ların birinci yarısında keçmişik və yaxşı bilirik ki, döyüş meydanında məğlubiyyət siyasi hakimiyyət uğrunda döyüşlərə yol açır. Həmin dövrdə Azərbaycana, Gürcüstana, Moldovaya bunu yaşatmış Rusiya indi özü eyni aqibəti yaşamağa məhkumdur.

Amma bizə bu da yaxşı heç nə vəd etmir, çünki Kreml uğrunda mübarizə aparan qrupların Azərbaycandakı uzantılarının da paralel olaraq fəallaşması baş verir. Bu da sovet dövründən gələn bir növ siyasi hakimiyyət uğrunda mübarizənin ənənəsidir: öncə əyalətdə güclənmək, ardınca da Kremli ələ keçirmək.

Moskvada hakimiyyət uğrunda savaşlarda iştirak edən qruplar isə təəssüf ki, bizim ölkəni də məhz əyalət kimi qəbul edirlər və ona görə də Azərbaycandakı əlaltılarına müvafiq komandalar verirlər. Bu mənada Azərbaycanda son günlər baş verənlər Kreml uğrunda mübarizə aparan əsas qrupun - Nikolay Patruşevin başçılıq etdiyi Təhlükəsizlik Şurasının yerli şəbəkəsinin əməllərinin təzahürüdür”, - ekspert qeyd edib.

ƏN ÇOX OXUNANLAR

0.11413192749023