• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Səadət Yusifova: “Dünyada analitik mərkəzlərin 25 faizi fəaliyyətini dayandıracaq”



“Bəzi hesablamalara görə, dünya üzrə analitik mərkəzlərin 25 faizi fəaliyyətini dayandıracaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova Bakıda Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, digər postsovet ölkələrində olduğu kimi, Azərbaycanda da beyin mərkəzləri Sovet İttifaqının dağılmasından sonra formalaşmağa başlayıb:

“Əslində, son bir neçə ildə Azərbaycanda beyin mərkəzləri artır. Bu, obyektiv araşdırmaya tələbatın artmasından xəbər verir. Onları daxili və xarici siyasətlə məşğul olmaqla iki yerə bölmək olar. Amma bu, şərtidir. Çünki müasir dünyada xarici və daxili siyasət bir-biri ilə bağlıdır.

Ukraynadakı müharibə fonunda dünya liderləri BMT-də islahatlardan danışmağa başlayıblar. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu məsələyə toxunub. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qərarlarını özü icra etdi. Bu, ilk belə hal idi. Beyin mərkəzləri dövlətin gələcək idarə edilməsi strategiyasının tərkib hissəsidir.”, - S.Yusifova əlavə edib.

O qeyd edib ki, beyin mərkəzləri proqnozlar verir, gələcəyin mümkün ssenarisini hazırlayır: “Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır. Bu beyin mərkəzləri üçün yeni çağırışdır. Analitik mərkəzlər qeyri-müəyyən gələcəyə hazır olmalıdır”.

S.Yusifovanın sözlərinə görə, siyasi qütbləşmə dünyadakı analitik mərkəzləri narahat edən məsələlərdəndir: “Hazırda beyin mərkəzlərinin qarşısında duran daha bir çağırış informasiyanın hazırkı sürətinə uyğunlaşmaqdır. İnformasiya texnologiyalarının inkişafı məlumat bolluğu yaradır və məlumatın toplanmasına asanlaşdırır. Lakin, eyni zamanda, dezinformasiyalar artır”.

ƏN ÇOX OXUNANLAR

0.079869985580444