• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Avropa Liqası: “Qarabağ” 2-ci qolu vurub - YENİLƏNİR + VİDEO



Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda 2-ci qol vurulub.

Baki.media-un məlumatına görə, "köhlən atlar"dan Marko Veşoviç 82-ci dəqiqədə komandasının üstünlüyünü daha da artırıb -2:0.

00:32

Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb.

Baki.media-un məlumatına görə, Ovusu Kvabena 68-ci dəqiqədə Azərbaycan çempionunu önə keçirib -1:0. 

00:05

Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda ikinci hissə başlayıb.

Baki.media-un məlumatına görə,  ilk yarıdan sonra hesab açılmayıb - 0:0.

23:51

Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda ilk hissə başa çatıb.

Baki.media-un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar - 0:0.

23:01

Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu başlayıb.

Baki.media-un məlumatına görə, "Georgios Karaiskakis" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.

21:48

Yunanıstanda UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda üz-üzə gələcək "Olimpiakos" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

Baki.media-un qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Olimpiakos": 88. Kostas Tsolakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 18. Hvan İy Co, 21. Pep Biel, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse, 77. Qarri Rodriges

Ehtiyar oyunçular: 91. Aleksandros Pasxalakis, 99. Atanasios-Teoloqos Papadudis, 12. Marselo, 15. Sokratis Papastatopulos, 17. Marius Vrusai, 19. Yorqos Masuras, 20. Coş Bouler, 28. Matyö Valbuena, 33. Hvanq İn-Beom, 47. Abubakar Kamara, 74. Andreas-Rixardos Ntoi

Baş məşqçi: Miçel Qonsales

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k) 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov

Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Roman, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

ƏN ÇOX OXUNANLAR

0.24242401123047