• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

““Qarabağ” Miçellə Marselonun debütündə “Olimpiakos”u utandırdı” - İspaniya mətbuatı



İspaniya mətbuatı ötən gün doğma divarlar arasında “Qarabağ”dan sarsıdıcı məğlubiyyət alan “Olimpiakos” klubunun ispaniyalı baş məşqçisi Miçel Qonsalesin debütündən yazıb.

Baki.Media Oxu.az-a istinadən xəbər verir ki, “Qarabağ” Miçellə Marselonun debütündə “Olimpiakos”u utandırdı” başlıqlı məqaləsində müəllif qeyd edib ki, Miçel Qonsalesin rəhbərlik etdiyi “Olimpiakos” klubu G qrupunda qələbəyə həsrət qalıb və “ağ-qırmızılar” turnir cədvəlinin sonuncu - “qırmızı zona”sına düşüblər.

“Oyun “Olimpiakos” üçün uğursuz başladı. Zubir beşinci dəqiqədə “Qarabağ”ı irəli çıxarsa da, Yunanıstan təmsilçisinin köməyinə VAR çatdı. 68-ci dəqiqədə Ovusu Kvabena Azərbaycan klubunu hesabda önə çıxardı. Bu dəfə VAR da Qonsalesin rəhbərlik etdiyi klubun köməyinə çatmadı. 82-ci dəqiqədə Marko Veşoviç fərqləndi və hesab arasında fərq iki topa yüksəldi. Vurulan ikinci qol da “Olimpiakos” futbolçularının tənbəlliyinə çarə olmadı və Ramil Şeydayevin güclü zərbəsi oyunda son nəticəni bəlli etdi – 0:3”, - müəllif qeyd edib.

Yazıda bir cümlə ilə “Real”dan (Madrid) “Olimpiakos”a transfer olunan Marselonun da oyununa toxunulub.

Qeyd olunur ki, 60-cı dəqiqədə Buçalakisi əvəz edən “Olimpiakos”un braziliyalı yeni transferi də oyunda heç nə ilə yadda qala bilməyib.

ƏN ÇOX OXUNANLAR

0.11683702468872