• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Emreli borcunu ödədi, FİFA qadağanı ləğv etdi



FİFA tərəfindən “Legiya”ya 100 min avro borcu olduğuna görə cəzalanan Azərbaycan yığmasının hücumçusu Mahir Emreli borcunu ödəyib.

Baki.Media ”ın qafqazinfo-ya istinadən məlumatına görə, Emreli ali futbol qurumunun cəzasını açıqladığı günün sabahısı həmin məbləği Polşa klubunun hesabına köçürüb.

Bildirilir ki, bu məbləğ təxminən 105 min avro olub. 100 min avro borcunun üzərində 5 min avro da cərimə olaraq ödənilib.

FİFA-nın da Mahir Emreli ilə bağlı qərarı artıq ləğv edilib.  

ƏN ÇOX OXUNANLAR

0.12057185173035