• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

UEFA-dan tarixi səhv: Təqvimdə yanlışlıq aşkarlandı



Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin təqvimində səhv olduğunu açıqlayıb.

“Təəssüflə bildiririk ki, təqvimlə bağlı problem müşahidə etdik və sizdən göndərilmiş matçların siyahısını nəzərə almamağınızı xahiş edirik. Yeni versiya tezliklə təqdim olunacaq”, - məlumatda deyilir.

Baki.Media oxu.az-a istinadən xəbər verir ki, oktyabrın 9-da Frankfurt- Maynda (Almaniya) Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Turnirin ev sahibi olacaq Almaniya final mərhələsinə birbaşa vəsiqə alıb və seçmə mərhələnin püşkatmasında iştirak etməyib.

Qeyd edək ki, püşkatmaya əsasən Azərbaycan millisi turnirin final mərhələsinə çıxmaq üçün Belçika, Avstriya, İsveç və Estoniya milliləri ilə mübarizə aparacaq.

ƏN ÇOX OXUNANLAR

0.22535300254822