• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycan millisinin futzalçısı: "Seçmə mərhələdə asan oyun yoxdur"



"Dünya çempionatının seçmə mərhələsində asan oyun yoxdur. Yunanıstanla Afinadakı görüşün çətin keçəcəyini bilirdik. Çünki rəqibimiz ilk oyunda uduzmuşdu, bu dəfə isə doğma meydanda çıxış edirdi".

Baki.Media  "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Conatas Felipe səfərdə Yunanıstanı 7:0 hesabı ilə darmadağın etdikləri dünya çempionatının əsas seçmə mərhələ oyunundan sonra federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Qarşılaşamada sonuncu qolun müəllifi olan braziliyalı oyunçu yaxşı oynadıqlarını və nəticənin istədikləri kimi alındığını bildirib: "Amma 7:0 hesabı matçın heç də asan keçdiyi anlamına gəlməməlidir. Çünki rəqib təslim olmaq istəmirdi. Sona qədər mübarizə apardı".

Polşa ilə matçda komandasına kömək edə bilmədiyini xatırladan Felipe yoldaşlarını kənardan izləməyin çox çətin olduğunu söyləyib: "Polşa da qrupumuzda əsas rəqibimizdir. Kömək etməyi çox istəyirdim. Amma qırmızı vərəqə almağım bu görüşü buraxmağıma səbəb oldu. Ümumiyyətlə, çalışıram vərəqələrdən qaçım, amma buna hər dəfə nail olmaq mümkün olmur. Aqressiv oyunçuyam. Bu xarakterimdən irəli gəlir. Təbii ki, heç kim vərəqə alıb, cəzalı duruma düşməyi istəməz".

ƏN ÇOX OXUNANLAR

0.10317611694336