• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Çempionlar Liqası: Daha iki komanda pley-offa vəsiqəni təmin etdi



UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda daha iki oyun keçirilib.

Baki.media-un məlumatına görə, A qrupunda “Napoli” İtaliyada Niderland “Ayaks”ını qəbul edib.

Rəqibini 4:2 hesabı ilə məğlub edən meydan sahibləri sona 2 tur qalmış pley-offa vəsiqəni rəsmiləşdiriblər.

B qrupunda isə Madrid “Atletiko”su İspaniyada Belçika “Brügge”si ilə üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticə ilə meydan sahibləri vaxtından əvvəl 1/8 finala yüksəliblər.

Çempionlar Liqası
12 oktyabr
A qrupu

20:45. “Napoli" (İtaliya) - “Ayaks” (Niderland) - 4:2
Qollar: İrvinq Losano, 4. Cakomo Raspadori, 16. Xviça Kvaratsxeliya, 62 (penalti). Viktor Osimhen - Devi Klassen, 49. Stiven Berqveyn, 83 (penalti)

23:00. “Reyncers” (Şotlandiya) - “Liverpul” (İngiltərə)

Xal durumu: “Napoli” - 12 (4 oyuna). “Liverpul” - 6. “Ayaks” - 3 (4 oyuna). “Reyncers” - 0.

B qrupu
20:45. “Atletiko” (Madrid, İspaniya) - “Brügge” (Belçika) - 0:0

23:00. “Bayer” (Almaniya) - “Portu” (Portuqaliya)

Xal durumu: “Brügge” - 10 (4 oyuna). “Atletiko” - 4 (4 oyuna). “Bayer” - 3. “Portu” - 3

Qeyd edək ki, daha əvvəl İspaniya “Real Madrid”i və İngiltərənin “Mançester Siti” komandası pley-offa vəsiqəni təmin edib.

ƏN ÇOX OXUNANLAR

0.099207878112793