• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Belqorodda sursat anbarında partlayış: Ölən və yaralananlar var



Rusiya Federasiyasının Belqorod vilayətində sursat anbarında partlayış nəticəsində ölən və yaralananlar var.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb:

“Belqorod rayonunun Oktyabrski qəsəbəsində Ukrayna Silahlı Qüvvələrinin atəşə tutması nəticəsində döyüş sursatı olan anbar partladılıb. İlkin məlumatlara görə, ölən və yaralananlar var”.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ölənlər arasında Rusiya Milli Qvardiyasının əməkdaşları da var.

Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Belqorod vilayətinin atəşə tutulması ilə bağlı cinayət işinin başladılması barədə göstəriş verib.

Mənbə: TASS

ƏN ÇOX OXUNANLAR

  • 60
Rusiyada zəlzələ olub
0.1074800491333