• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Məşhur rəsm əsərinə kartof püresi atdılar - VİDEO



Almaniyanın Potsdam şəhərindəki Barberini muzeyində iki ekofəal Klod Monenin “Ot tayaları” əsəri üzərinə kartof püresi atıblar.

Məlumatına görə, onlar özlərini “Letzte Generation” ekoloji qrupunun üzvləri kimi təqdim ediblər.

Vandallar artıq saxlanılıb və əmlaka ziyan vurmaqda ittiham olunublar.

Qrupun sosial şəbəkələrində insanların özlərinə “Hansı vacibdir: Sənət, yoxsa həyat?” sualını verməsi üçün təşkilatın aksiya keçirdiyi bildirilib.

Tablo şüşə ilə qorunduğundan ona ziyan dəyməyib.

Mənbə: gazeta.ru

ƏN ÇOX OXUNANLAR

0.3081738948822