• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda 54 yaşlı kişini avtomobil vuraraq ağır xəsarət YETİRİB



Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Zığ yolu deyilən ərazidə yolu keçən 1968-ci il təvəllüdlü Nuriyev Mayis Yusif oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, müştərək travma və qabırğaların sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

ƏN ÇOX OXUNANLAR

0.23613595962524