• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Cahit Bağçı: “Türkiyə-Azərbaycan dostluğu uzun illərə dayanır” - VİDEO



“Türkiyə-Azərbaycan dostluğu uzun illərə dayanır və bunun təməlini ulu öndər, siyasətçi Heydər Əliyev qoyub”.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

O bildirib ki, ümummilli liderin iki ölkə arasında təməlini qoyduğu dostluq, qardaşlıq bütün sahələrdə özünü göstərir:

“İki ölkə arasındakı siyasi platformadakı əməkdaşlıq, iqtisadi əlaqələr bu günə qədər davam edir. Təməli möhkəm qoyulan bu körpülərin bu gün də bəhrəsini görürük. Ulu öndər Heydər Əliyevin ruhu şad olsun, Allah rəhmət eləsin!”

 
Bundan başqa, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib.

Diplomat “Twitter”də qeyd edib:

“Tarix həmişə hər şeyi öz yerinə qoyur!” demişdi. Vəsiyyəti yerinə yetirildi. Artıq Qarabağ azaddır ve zəfərdən sonra böyük qayıdış və dirçəliş başlamışdır. Bütün həyatını xalqa xidmətə həsr edən qardaş Azerbaycan’ın umummilli lideri Heydər Əliyevi hörmət və rəhmətlə anırıq”.

ƏN ÇOX OXUNANLAR

0.078639030456543