• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Hikmət Hacıyev: “Şuşa-Xankəndi yolundakı vəziyyətlə bağlı diplomatik nümayəndəliklər məlumatlandırılıb”



“Şuşa-Xankəndi yolundakı son vəziyyətlə bağlı diplomatik nümayəndəliklərin rəhbərləri məlumatlandırılıblar”. 

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, Ermənistan işğal illərində Azərbaycan ərazisində mədəniyyət abidələrini dağıdıb, ölkə sərvətlərindən istifadə edib və ətraf mühitə ziyan vurub: “Rusiya sülhməramlılarına məktublar yollamışıq, onların komandiri ilə əlaqə saxlayırıq”.

Prezidentin köməkçisi qeyd edib ki, eyni zamanda, bu məsələlər Azərbaycan cəmiyyətində ciddi narazılıqlara səbəb olub:

“Çünki hər kəs çox yaxşı xəbərdardır ki, işğal illərində və ərazilərin işğaldan azad olduğu dövrdə Azərbaycanın suverenliyi ilə bağlı məsələlər cəmiyyətimizdə ciddi narahatlıq doğurur. Buna görə də Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, digər fəallar və qruplar Şuşa-Xankəndi-Laçın yolunun kəsişməsində toplaşaraq etirazlarını bildiriblər”.

H.Hacıyev vurğulayıb ki, etirazçıların söylədikləri fikirlər bütün hüquqi çərçivələrə uyğundur:

“Onlar qanuni tələblər irəli sürürlər, qeyri-qanuni heç nə istəmirlər. Həmçinin onların səsləndirdikləri şüarlarda ekoloji terrordan da bəhs olunur. Onlar Qarabağda ekoloji terrora son qoyulmasını tələb edirlər”.

ƏN ÇOX OXUNANLAR

0.0937819480896