• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qusarda avtomobil 58 yaşlı piyadanı VURARAQ ÖLDÜRÜB



Qusar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Qusar-Xudat yolu ərazisində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Vəlibəyov Nizami Şövkət oğlunu VAZ-2107 markalı avtomobil vurub.

Məlumata görə, N.Vəlibəyov aldığı xəsarətlərdən ölüb.

Onun meyiti Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Hadisəni törədərək ərazidən uzaqlaşan sürücünün kimliyi araşdırılır.

ƏN ÇOX OXUNANLAR

  • 42
Bu məhsullar bahalaşdı
0.15185022354126