• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Salyanda avtomobil velosipedlə gedən yeniyetmələri VURUB, ÖLƏN VAR



Salyanda avtomobil iki yeniyetməni vurub, onlardan biri ölüb.

APA-nın məlumatına görə, hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan sakinləri, 2007-ci il təvəllüdlü Abbasov Əfqan Yamin oğlu və 2010-cu il təvəllüdlü Abbasov Murad Samir oğlunu vurub.

Abbasov Əfqan aldığı xəsarətlərdən xəstəxanada ölüb, Abbasov Murad isə Salyan xəstəxanasına yerləşdirilib.

Hadisə köhnə Ələt-Astara magistral yolunun Qardili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Mirzəyev Cəbrayıl Elşah oğlu hərəkətdə olan VAZ-2106 nömrəli maşınla  kənd sakinləri - 2007-ci il təvəllüdlü Abbasov Əfqan Ramil oğlu və onun əmisi oğlu, 2010-ci il təvəllüdlü Abbasov Murad Samir oğlu velosipedlə gedərkən onları avtomobil vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmələr Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ƏN ÇOX OXUNANLAR

0.09717583656311