• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Avropa Azərbaycan internetinə 50 milyon dollar ayırdı



Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC-yə 50 milyon ABŞ dollarına qədər kredit ayırır.

Baki.Media ” xəbər verir ki, kredit Azərbaycanın regionlarında 280 000-dən çox ailəyə ən müasir genişzolaqlı infrastrukturun tətbiqini maliyyələşdirmək məqsədilə ayrılır. 

Avropa Yenidənqurma və İnkişaf Bankının açıqlamasında bildirilir ki, vəsait hesabına şirkətin planlaşdırılan şəbəkə genişləndirilməsi sürəti, tutumu və ötürmə qabiliyyəti yaxşılaşdırılacaq, paytaxt və kənd yerləri arasında rəqəmsal uçurum aradan qaldırılacaq.

“Bakı Telefon Rabitəsi” MMC “Aztelekom” MMC ilə birgə borcalan qismində çıxış edəcək. Bu maliyyələşdirmə sektorda AYİB-in ilk əməliyyatı olacaq və Avropa Dayanıqlı İnkişaf Fondu (EFSD+) vasitəsilə təminatla dəstəklənəcək.

Könül
Baki.Media

 

ƏN ÇOX OXUNANLAR

0.56156802177429