• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Göyçay RPŞ-nin rəis müavini sərəncama GÖTÜRÜLÜB- SƏRƏNCAM



Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Baki.media-un məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Rasim Mirzəyev vəzifəsindən azad edilərək sərəncama götürülüb. Onun xidmətdə yol verdiyi nöqsanlara görə vəzifədən azad edildiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov rəis müavininin sərəncama götürülməsi ilə bağlı məlumatı saytımıza təsdiqləyib.

 

ƏN ÇOX OXUNANLAR

0.089137077331543