• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Xırdalanda baş verən yanğın söndürülüb - YENİLƏNİB + VİDEO



Xırdalandakı yanğın söndürülüb. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən operativ tədbirlər nəticəsində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən sexdə baş vermiş yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddət ərzində söndürülüb.

Əlavə məlumat veriləcək.

19:17

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən sexdə yanğın olması barədə məlumat daxil olub.

FHN-nin rəsmi saytında bildirilir ki, məlumat qəbul ediləndən dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın ümumi sahəsi təqribən 250 m² olan sexdə baş verib.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

ƏN ÇOX OXUNANLAR

0.13058996200562