• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı yeni üsulla mübarizə aparılacaq



Dövlət Gömrük Komitəsi növbəti illərdə qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı daha güclü və özünü doğruldan üsullarla mübarizə aparacaq.

Baki.Media ” xəbər verir ki, bunu İTV-yə açıqlamasında Komitə sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

"Gömrük qaydalarının pozulmasına qarşı preventiv tədbirlər həyata keçirmək üçün planlarımız var. Hesab edirik ki, həm maarifləndirmə, həm də iqtisadiyyatın müxtəlif sahələrində olan sahibkarlarla dialoq aparmaqla qarşılıqlı təmas əsasında yarana biləcək təhlükənin qarşısını vaxtında ala biləcəyik", - deyə o qeyd edib.

DGK sədri əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına da xüsusi diqqət yetiriləcəyini qeyd edib: “Biz bilik və bacarıqların genişləndirilməsinə xüsusi diqqət yetiririk. Burada şəffaflığın artırılması ilə yanaşı, hər-hansı qeyri-normal halların mövcud olmasına qarşı kəskin mübarizə aparacağıq. Hesab edirik ki, bu çox vacib bir istiqamətdir. Bununla yanaşı təlimlərə xüsusi diqqət yetirəcəyik. Əməkdaşlarımız Gömrük Akademiyası vasitəsi ilə yaxud hər hansı istiqamətlər üzrə dünya səviyyəsində keçirilən, təşkil olunan konfranslara, seminarlara və təlimlərə cəlb ediləcəklər. Eləcə də dayanıqlığın təmin olunması üçün kompleks tədbirlər həyata keçirəcəyik. Bura gömrük dəyərinin düzgün müəyyən olunması və onun metodologiya əsasında həyata keçirilməsi, dövlət-özəl sektor arasında dialoqun daha da artırılması, bu dialoq nəticəsində ortaya çıxan və təkmilləşdirilməsi daxildir".

ƏN ÇOX OXUNANLAR

0.13438415527344