• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Şəhid Fərman Yaqublu Beyləqanda dəfn olunacaq



Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlu Beyləqanda dəfn olunacaq.

“Report” xəbər verir ki, F.Yaqublu 1993-cü ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub.

Vətən müharibəsində iştirak etmiş F.Yaqublu göstərdiyi qəhrəmanlıqlara görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.

Qeyd edək ki, F.Yaqublunun atası da 1992-ci ildə, Birinci Qarabağ müharibəsində şəhid olub.

ƏN ÇOX OXUNANLAR

  • 33
Unun qiyməti qalxdı
0.11843991279602