• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycan manatının effektiv məzənnələri il ərzində artıb



Bu ilin dekabr ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 96,6 bənd təşkil edib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, aylıq müqayisədə 2 bənd az, ilin əvvəlinə nisbətən 11,2 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 bənd çoxdur.

Bu ilin noyabr ayının sonuna manatın real effektiv məzənnəsi isə 123,2 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,1 bənd az, ilin əvvəlinə nisbətən 9,6 bənd, illik müqayisədə isə 13,7 bənd çoxdur.

ƏN ÇOX OXUNANLAR

0.086863994598389