• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Şirvanda yol qəzası baş verib, xəsarət alanlar var



Şirvan şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə “köhnə şəhər” adlanan ərazidə qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Şirvan sakini, 2003-cü il təvəllüdlü Valehzadə Ümid Ülvi oğlu və digər bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

ƏN ÇOX OXUNANLAR

0.10286283493042