• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Minimum maaş artdı: DSMF-yə ödənişlər artır



2023-cü il yanvarın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manat müəyyən edilib. Bu isə 2022-ci il ilə müqayisədə 15% artım deməkdir.

İqtisadçı ekspert Natiq Cəfərli minimum aylıq əməkhaqqındakı sözügedən artımın təsirlərini Baki.Mediaa şərh edib. O bildirib ki, Azərbaycanda minimum əməkhaqqının 345 manat olması rəsmi müqavilə ilə çalışanlara təsir göstərir və onların maaşları bu mıəbləğdən aşağı ola bilməz. Doğrudur, artım inflyasiyaya adekvat deyil və daha yüksək artım gözləntisi var, lakin minimum əməkhaqqı artdıqca başqa bir ciddi problem yaranır:

“Azərbaycanda 800 minə yaxın VÖEN-lə çalışan şəxs mövcuddur. Onların Dövlət Sosial Müdafiə Fonduna ödənişləri minimum əməkhaqqına bağlıdır. Minimum əməkhaqqı artan zaman onlarlın vergi yükü də artır. Hazırda isə onların ödənişləri 345 manatdan hesablanacaq. Əksər fəaliyyət növlərində minimum əməkhaqqının 25%-i Fonda ödənilməlidir, bir neçə fəaliyyət növündə isə bu, 50%-dir. Nəticə olaraq, minimum əməkhaqqının artımı DSMF-yə ödənişləri də artıracaq. Bu məbləğ daha əvvəl 75 manat idisə, hazırda 85 manat təşkil edəcək”. 

Ekspertin fikrincə, minimum əməkhaqqının DSMF-yə ödənişlərlə bağlantısı ilə bağlı qanunda nəzərdə tutulan şərtlər aradan qaldırılmalıdır. Ümumilikdə, minimum əməkhaqqının artırılması ümumi iqtisadiyyatda çalışanların güzaranına çox az təsir göstərsə də, VÖEN-lə çalışanların DSMF-yə ödənişlərinin artmasına səbəb olur. Ona görə də, qanunvericilikdə bu dəyişikliklər nəzərdə tutulmalı, minimum əməkhaqqı daha doğru indikatorlarla hesablanmalıdır”. 

Ekspertin sözlərinə görə, minimum aylıq əməkhaqqı doğru indikatorlarla hesablanarsa, VÖEN-lə çalışan sahibkarların vergi yükünün artırılması məsələsi qanundan çıxarılarsa, minimum maaş Azərbaycanda təqribən 500 manat hədlərində olmalıdır.  

Könül
Baki.Media

 

ƏN ÇOX OXUNANLAR

0.14017605781555