• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Naxçıvanın fövqəladə hallar naziri İŞDƏN ÇIXARILIB



Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri işdən çıxarılıb.

APA.az xəbər verir ki, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub.

Qeyd edək ki, general-leytenant Şamı Abdullayev 05.01.1962-ci ildə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olub.

Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi və Rusiya Federasiyasının V.V.Kuybışev adına Hərbi Mühəndislik Akademiyasının mülkü müdafiə fakultəsini bitirib. Ailəlidir, 2 övladı var.

14 dekabr 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şamı İsmayıl oğlu Abdullayevə general-leytenant hərbi rütbəsi verilib.

ƏN ÇOX OXUNANLAR

0.1182279586792