• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Mütəxəssis dünyaya sağlam uşaq gətirmək baxımdan ən optimal yaşı açıqladı



"Qadın reproduksiyasında, sözsüz ki, müəyyən sərhədlər var. 18 yaşdan aşağı və 35-38 yaşdan yuxarı olan hamilələr risk qrupuna aiddir. Amma həyat öz qanunlarını bizə diktə edir".

Baki.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova deyib. O bildirib ki, heç kəs indi 40-45 və hətta 50 yaşında hamiləyə təəccüb etmir:

"İnkişaf etmiş ölkələrdə bu normal qəbul edilir - qadın öz karyerasını qurur və maddi-mənəvi bazasını ciddi hazırlayandan sonra bu addımı atır. Amma təəssüf ki, bir çox hallarda bu gec olur və hamiləlik ya heç baş vermir, ya da müəyyən ağırlaşmalara səbəb olur. Ən çox rast gəlinən isə xromosom patologiyalarıdır. Biz hər bir qadına dəstək olmalı və təbabətdə ən son texnologiyaların köməyi ilə (genetik analizlər, USM, müxtəlif skrininqlər, amniosentez, kordosentez və s.) ağırlaşma və xəstə uşaqların doğulması riskini bu qrup hamilələrdə minimuma salmalıyıq".

Mütəxəssisin sözlərinə görə, ümumiyyətlə, qadın orqanizmi üçün dünyaya sağlam uşaq gətirmək baxımdan ən optimal 20-35 yaş aralığıdır.

ƏN ÇOX OXUNANLAR

  • 39
Avro və rubl bahalaşdı
0.096545934677124