Cari ilin birinci rübündə Azərbaycan xarici ölkələrə 37,6 ton miqdarında pambıq lifi satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 56,6 milyon ABŞ dolları olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 20,6 min ton (2,2 dəfə), dəyər ifadəsi ilə 25,3 milyon ABŞ dolları (80,7%) çoxdur.
Hesabat dövründə xaricə satılan pambıq lifinin bit tonu üçün orta qiyməti 1 min 504 ABŞ dolları olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 338 ABŞ dolları (18,3%) azdır.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında ixrac olunan pambıq lifi ümumi ixracın 9,30 faizini təşkil edib.