• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda qəzada ölən müəllimə yeraltı piyada keçidindən İSTİFADƏ ETMƏYİB



246 nömrəli məktəb-liseyin müəllimi yol-nəqliyyat hadisəsi zamanı həlak olub.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, fevralın 17-də məktəbin müəllimi Kərimova Elza Məlikrza qızı yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Bakıda 246 saylı tam orta məktəbin müəllimi Elza Kərimovanın öldüyü qəza ilə bağlı yeni məlumatlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu ərazisində - Bayraq meydanının qarşısında baş verib.

1964-cü il təvəllüdlü Elza Kərimova səhər saat 07 radələrində işə getmək məqsədi ilə yolu keçərək əks tərəfdəki avtobus dayanacağına getmək istəyib. Bu zaman KIA markalı avtomobil onu vurub.

59 yaşlı E.Kərimova hadisə yerində vəfat edib.

Faktla bağlı Səbail RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə yeraltı piyada keçidi mövcuddur.

Qeyd edək ki, 59 yaşlı E.Kərimova sözügedən məktəbdə tarix fənnini tədris edib.

ƏN ÇOX OXUNANLAR

0.11773490905762