• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Davamlı bəd xəbərlərin depressiyasından bu yolla qorunmalıyıq - SADƏ İZAHLAR



Ətrafımızda baş verən heç bir hadisə psixologiyamıza təsirsiz ötüşmür. Son zamanları tanıdığımız gənc insanların ölümü, baş verən təbii fəlakətlər, müharibələrdən sonra keçmişə özləmi daha da artıb.

Bu cür situasiyadan psixoloji zərbə alan insanlar gələcəyə olan ümidlərini itirdiklərini deyirlər.

Belə olan halda “özümüzü depressiyadan necə qorumalıyıq” sualı aktuallaşır.

Mövzu ilə bağlı Baki.Media -a danışan psixoloq Aytən Ələkbərova bildirib ki, insanı depressiyaya salan stresin iki növü var:

“Təbiidir ki, son zamanlar cavanlaşan və artan ölümlər bizə mənfi təsir göstərir. Bunun ilk səbəbi informativ stresin yaranmasıdır. Hansı ki streslər özü də iki yerə ayrılır: emosional və informativ. İnformativ stresləri biz efirlərdən, xəbər saytlarından, sosial şəbəkələrdən alırıq. Belə məlumatlarla tez-tez rastlaşanda ilk olaraq depressiya halına düşürük, yəni “bu da məndə baş verəcək” düşüncəsi yaranır.

Buna görə də neqativ məlumatlarla tanış olarkən üstündə çox dayanmaq lazım deyil, sadəcə, oxuyub keçmək lazımdır. Çünki son gedişatlar bunu göstərir ki, əgər bu gün 10 nəfərdən 8-i informativ stres yaşayaraq depressiyaya düşürsə, bu informasiyaları sosial şəbəkələrdən alırlarsa, deməli, sosial şəbəkəndən düzgün istifadə edə bilənlər yararlanmalıdır. Çünki sonunda baş verəcək hadisədə insanlar öz həyatları ilə oyanyırlar. Depressiyaya düşdüyü halda insan psixosematik olaraq özünə təsir edərək özünü ölümə məruz qoyur, bir növ özü-özünə psixi zorakılıq etmiş olur.

Gələcəyə ümidimizi itirməməkdən ötrü təbii ki, mütaliə etməliyik. Özümüzü kəşf etməyi bacarmalı, potensialımızı üzə çıxarmalıyıq. Sanki idman edirmiş kimi özgüvənimizi daim məşğələlərlə davam etdirməliyik ki, gələcəyə olan inamımız itməsin. “Mən bitdim”, “bir də istədiyim kimi olmayacaq” demək lazım deyil, pozitiv düşünüərək öz yollarımızı açmalıyıq”.

Psixoterapevt Ramil Nəcəfli də Baki.Media -a açıqlamasında bildirib ki, davamlı neqativ hadisələrdən sonra insanların özünü depressiv hiss etməsi, onların kənar amillərə çox bağlı olmasından irəli gəlir:

“Gərək buna yol verməsilər. Həyatda gərək nə isə bir məna axtarasan, özünü bir şeydə tapasan, yaxşı bir şeyə bağlanasan. Burada bağlanmaq deyəndə, şəxsə bağlanmağı nəzərdə tutmuram.

Əlbəttə ki, ünsiyyət gözəl şeydir. Dostlarla, yoldaşlarla görüşmək, danışmaq ürəyini boşaltmaq yaxşı haldır. Buna paralel olaraq atılacaq əsas addım həyata rəng qatmaqdır. 

İnsanlar sanki bir boşluqda, mənasızlığın içərisindədir.

Ümumiyyətlə, depressiyaya düşməmək üçün hər şeyi olduğu kimi qəbul etmək, eyni zamanda nəsə bir məşğuliyyət tapmaq lazımdır. İnsanlar özünü bir şeydə tapanda xoşbəxt olur, daxilən rahatlıq tapırlar.

Bu, bəsit bir şey də ola bilər, amma insanın sevdiyi bir şey olmalıdır. Bu, hansısa böyük bir iş-güc, məşğuliyyət demək deyil”.

Billurə Yunus

 

 

ƏN ÇOX OXUNANLAR

0.098769187927246