• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

DİM qaydaların sərtliyi barədə: “İmtahan verəcək şagirdlər sosial şəbəkələrdə bir-birini tapıb köməkləşmək üçün sözləşir”



“Biz çalışırq ki, imtahan zamanı zalda bir-birini tanlıyan eyni məktəbdən olan insanlar olmasın. Bu, imtahan prosesinə mənfi təsir göstərə bilər”.

Baki.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib. 

“Biz imtahana bir həftə qalmış abituriyentin hansı məktəbdə, hansı zalda imtahan verəcəyini elan edirik. Amma bununlıa bağlı sosial şəbəkələrdə çağırış edirlər ki, həmin binada, həmin zalda kimlər imtahan verəcək, gəlin tanış olaq, bir-birimizə kömək edək. Artıq onlar zala daxil olanda bəlkə də bir-birlərini tanıyırlar.  Deyirlər ki, bax, mən kimyanı yaxşı bilirəm, siz isə ana dilini yaxşı bilirsiniz, gəlin köməkləşək. Belə hadisələri biz də görürük, amma sosial şəbəkələrdə bu proseslərə qatılmırıq. 
Hər bir nəzarətçi müəllim də bilir ki, belə hallar ola bilər.
Mülayim rejimdən sərt rejimə keçmək üçün bu şəraiti qayadaları pozmaq istıyən həmin insanlar yaradır. Onlar niyə qınanmır?”

Billurə

 

ƏN ÇOX OXUNANLAR

0.10991501808167