• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Böyük Dəbilqə”: Azərbaycanlı cüdoçuların rəqibləri müəyyənləşib



Azərbaycan millisinin cüdoçularının Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək “Böyük Dəbilqə” turnirindəki ilk rəqibləri müəyyənləşib.

Baki.media-ın məlumatına görə, bu gün yarışın püşkatma mərasimi təşkil olunub.

Martın 24-26-sı aralığında baş tutacaq “Böyük Dəbilqə”də Azərbaycan millisi 13 cüdoçu ilə təmsil olunacaq.

Kişilər

60 kq

1/16 final: Kəramət Hüseynov - Dilşod Xalmatov (Ukrayna)

1/16 final: Turan Bayramov - Aybek Omirov (Türkmənistan)

66 kq

1/32 final: Kamran Süleymanov – Quram Dzavaşvili (BƏƏ)

73 kq

1/32 final: Rəşid Məmmədəliyev - Mixeili Baxbaxaşvili (Gürcüstan)

1/32 final: Nəriman Mirzəyev - Eduardo Mella (İtaliya)

81 kq

1/16 final: Rüstəm Orucov - Zaur Dvalaşvili (Gürcüstan)

1/16 final: Elcan Hacıyev - Anri Equtidze (Portuqaliya)

90 kq

1/16 final: Vüqar Talıbov - Aram Qriqoryan (BƏƏ)

+100 kq

1/8 final: Camal Qamzatxanov - İqnas Meçajus (Litva) / İrakli Demetraşvili (Gürcüstan) cütünün qalibi

Qadınlar

48 kq

1/16 final: Leyla Əliyeva - Venna Juanq (Çin)

52 kq

1/16 final: Gültac Məmmədəliyeva - Yasmim Lima (Braziliya)

1/16 final: Aydan Vəliyeva - Naomi Van Krevel (Niderland)

57 kq

1/16 final: Fidan Əlizadə - Paulin Stark (Almaniya)

ƏN ÇOX OXUNANLAR

0.14741611480713