• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Baş katibdən NATO ölkələrinə çağırış: Uzunmüddətli müharibəyə hazırlaşın



Qərb Ukraynada uzunmüddətli münaqişəyə hazırlaşmalıdır, çünki onun həlli perspektivləri hələ görünmür. 

Baki.Media ” xəbər verir ki, bu fikirləri Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində NATO-nun baş katibi Yons Stoltenberq deyib.

Onun sözlərinə görə, Ukraynadakı münaqişəni “yıxılma müharibəsi” adlandırmaq olar. 

Baş katib qeyd edib ki, Qərb ölkələri Ukraynaya yeni sursat və silahların tədarükü üçün istehsal gücünü artırmalıdır: “Mövcud döyüş sursatı istehlakı hazırkı istehsal sürətindən yüksəkdir”.

Döyüş meydanındakı hadisələr kontekstində Stoltenberq bildirib ki, NATO-nun verdiyi yardım Ukraynanın əks-hücum əməliyyatını həyata keçirməyə yönəlib.

Amerikanın F-16 qırıcılarının Ukraynaya mümkün tədarükü barədə danışan baş katib “heç bir qərar verilmədiyini” bildirib.

Bundan əlavə Stoltenberq vurğulayıb ki, Qərb ölkələri öz müdafiəsi üçün daha çox vəsait ayırmalıdır: “İyulda Vilnüsdə keçiriləcək sammitimizdə mən müttəfiqlərin daha iddialı yeni müdafiə sərmayələri - ÜDM-nin ən azı 2%-i həcmində öhdəlik götürməyə razılıq verəcəklərini gözləyirəm”.

Mürtəza
Baki.Media

ƏN ÇOX OXUNANLAR

0.14049410820007