• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Finlandiya Ukraynaya 14-cü hərbi yardım paketini təsdiqləyib



Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini təsdiqləyib.

APA Finlandiyanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hökumətin təklifinə əsasən bu gün Prezident Sauli Niinistö bu barədə qərar imzalayıb.

Bu, Ukraynaya çatdırılacaq 14-cü hərbi yardım paketi olacaq. Hesablamalara görə, bu paketdəki müdafiə materialı 161 milyon avroya başa gələcək.

“Leopard” tankları üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində Finlandiya Ukraynaya üç “Leopard 2” tankı verəcək, o cümlədən onlardan istifadə və texniki xidmətlə bağlı təlimlər keçirəcək. Əvvəlki paketdə Finlandiya Ukrayna üçün üç "Leopard 2" tədarük edib ki, bununla da Ukraynaya göndərilən "Leopard 2"lərin sayı hazırda altıdır. Paketdə digər ağır silah və sursatlar da var.
Təhlükəsizlik səbəblərinə görə və çatdırılmanın təyinat yerinə çatmasını təmin etmək üçün yardımın məzmunu, çatdırılma üsulu və ya cədvəli haqqında ətraflı məlumat verilməyəcək. Əlavə yardıma qərar verilərkən həm Ukraynanın ehtiyacları, həm də Müdafiə Qüvvələrinin resursları nəzərə alınıb", Finlandiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edək ki, indiyə qədər Finlandiya tərəfindən Ukraynaya təqdim edilən bütün müdafiə materialı paketlərinin ümumi dəyəri təxminən 910 milyon avro təşkil edir.

ƏN ÇOX OXUNANLAR

0.11018300056458