• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Avstriya yığmasının kapitanı: “Azərbaycanla oyunda detallar həlledici olacaq”



“Azərbaycanla oyunda detallar həlledici olacaq”.

“Report” xəbər verir ki, bunu Avstriya millisinin futbolçusu Marsel Sabitzer Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.

29 yaşlı kapitan hədəflərinin qələbə qazanmaq olduğunu söyləyib:

“Kiçik yığmalar artıq inkişaf ediblər. Aydın məsələdir ki, məqsəd qələbə qazanmaqdır. Rəqiblərimizi yaxşı analiz etmişik, onların güclü və zəif tərəflərini bilirik. Mütləq şəkildə Avropa çempionatında olmaq istəyirik. Bunun üçün hər şeyi edəcəyik”.

Qeyd edək ki, martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

ƏN ÇOX OXUNANLAR

0.10147213935852