• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Uçan motosiklet istifadəyə verilib



Uçan motosiklet istifadəyə verilib

Motosiklet bu məqsədlər üçün istifadə olunacaq

BƏƏ-nin paytaxtı Əbu-Dabidə yeni hoverbeyk-futuristik uçan motosiklet artıq istifadəyə verilib.
Baki.Media ” xəbər verir ki, uçan morosiklet ölkələrarası axtarış və xilasetmə əməliyyatlarında insanların həyatını xilas etmək üçün istifadə olunacaq.

Motosiklet Yaponiya istehsalıdır. O, yerdən 20 metr hündürlüyə qalxa və 80 km/saat sürətə çata bilir. Dörd yan sərinkeş (ventilyator) uçuş zamanı avtomobili idarə edir.

Hoverbeyk aviasiya və kosmik sənayedə istifadə olunan yüksək güclü karbon lifindən hazırlanıb. Onun çəkisi 300 kq-dır və yanacaq doldurulması tələb olunmazdan əvvəl maksimum 40 dəqiqəyə qədər sürətlə uça bilir.

Qeyri-adi nəqliyyatdan neft və qaz sənayesində, ucqar ərazilərə təcili yardımın çatdırılması və hətta tikinti sektorunun dəstəklənməsi üçün də istifadə oluna bilər.

Mürtəza

ƏN ÇOX OXUNANLAR

0.10100102424622