• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Asan yolla partlatmaq" ideyası: heç nə etmədən pul qazanmaq olarmı?



“Gənclərin bir çoxunda "asan yolla partlatmaq" ideyası var. İdeyanın mərkəzində yatan düşüncə odur ki, demək olar ki, heç nə etmədən çoxlu pul qazanım”.

Baki.Media xəbər verir ki, bunu klinik psixoloq Fuad Əsədov qeyd edib. O insanların uğura motivasiya çıxışları ilə deyil, çox çalışmaqla nail ola biləcəyii söyləyib:
“Əksərən bu insanlarda çoxlu ideyalar olur, öz ideyaları haqqında odlu-alovlu danışırlar, bu ideyalar qulağa məntiqli və asan gəlir, amma günün sonunda bu adamların heç nə etmədiyini ya da bacarmadığını görürük. 
İlk növbədə hər bir uğurun arxasında zəhmət və effort var. Kim nə deyir desin, mən uğur qazanmaqda bəxt faktorunun da olduğunu düşünürəm. Və hətta bəxt ən çox təsir edən faktordur. Bəxt dedikdə doğru zamanda doğru yerdə olmağı nəzərdə tuturam.

Dolayısı ilə zəhmət çəkmək, çox çalışmaq önəmlidir. Uğurun yolu bir işə həsr olunmaqdan keçir. Hətta çox sadə bir ideya ilə böyük uğur qazansanız belə, o ideyanın ağlınıza gəlməsi üçün uzun müddət o mövzu ilə bağlı düşünməniz, öyrənməniz və çalışmağınız lazımdır. Ona görə də, saxtakar motivatorların təsəlli. com saytından götürdüyü cümlələrə inanmayın. Çalışmaq lazımdır”. 

 

ƏN ÇOX OXUNANLAR

0.082624912261963