• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Muxtar Babayev Firdovsi Əliyevi özünə yeni müşavir təyin edib



Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev özünə yeni müşavir təyin edib.

APA.az xəbər verir ki, keçmiş nazir müavini Firdovsi Əliyev nazirin müşaviri təyin olunub.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə Əliyeva faktı təsdiqləyib.

Qeyd edək ki, bu ayın əvvəlində F.Əliyev Prezidentin müvafiq sərəncamı ilə nazir müavini vəzifəsindən azad edilib.

Onun yerinə Prezidentin digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva təyinat alıb.

Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur.

1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.

1988-1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub.

1991-1993-ci illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993-2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.

1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.

2004-cü ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini olub.

2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

ƏN ÇOX OXUNANLAR

0.089986085891724