• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Dövlət Komitəsi Ağalı kəndində İctimai Birliyə torpaq vermədi, məhkəməlik oldu



Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsini məhkəməyə verib. 
 
Qaynarinfo.az xəbər verir ki, iddia Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Abdullayevanın icraatındadır. 
 
Birliyin sədri Tahir Məmmədov Qaynarinfo.az-a məhkəmə çəkişməsinin səbəblərini açıqlayıb. Məlum olub ki, Zəngilanın Ağalı kəndində Birliyin regional şöbəsinin yaradılması planı var:
 
 
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdik ki, bizim üçün torpaq sahəsi ayırsın. Lakin müraciətimizə mənfi cavab verildi. Bizim təşkilatla minlərlər şəhid ailəsi, Qarabağ qazisi və əlili təmsil olunur. İndi istəyirik ki, regional şöbəmiz olsun. Torpaq sahəsi ayrılsa, orada şöbə üçün ofis inşa edəcəyik. Yəni özümüz tikəcəyik. Bunun üçün dövlətdən dəstək istəmirik. Boş torpaq istəyirik, onu da yırmırlar”.
 
O, qeyd edib ki, məhkəmənin vaxtı hələ müəyyən edilməyib:
 
"Çox maraqlı proses olacaq. Biz haqqımızı tələb edirik. Necə olur hansısa şirkətə yer ayrılır, amma özündə minlərlər şəhid ailəsini, Qarabağ qazisi və əlilləri birləşdirən bir təşkilkata yer ayrılmır? Axı bu insanlar o torpaqlar uğrunda can qoyublar!”.

ƏN ÇOX OXUNANLAR

  • 33
Unun qiyməti qalxdı
0.1252589225769