• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda 5 milyon manatı mənimsəyən şəxs Ali Məhkəməyə müraciət etdi



Bakıda 5 milyon manatdan çox pulu mənimsəmədə təqsirləndirilən Orxan Ağayevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum barəsində verilən cəzanın yüngülləşdirilməsini istəyib.

Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası aprelin 6-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, O.Ağayev 20-dən çox şəxsə iş qurmaq adı ilə yüksək qazanc vəd edib.

Belə ki, o, özünü zərərçəkmişlərə turizm sektorunda yaxşı əlaqələri olan, bu sahədə geniş təcrübə və imkanlara malik olan şəxs kimi tanıdıb.

İttihama əsasən, O.Ağayev vətəndaşların 5 156 419 manat pulunu mənimsəyib. Onun ziyan vurduğu şəxslər arasında sahibkarlar və dövlət qurumlarının vəzifəli şəxsləri də var.

O, vətəndaşların şikayətləri əsasında Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

O.Ağayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq zamanı məlum olub ki, O.Ağayev İqtisad Universitetində təhsil alıb, Sinqapurda maliyyə üzrə magistr təhsilini davam etdirib. Azərbaycana qayıtdıqdan sonra bir neçə bankda işləyib. 2017-ci ildə vəzifə saxtakarlığı və dələduzluq ittihamı ilə məsuliyyətə cəlb edilib.

ƏN ÇOX OXUNANLAR

0.075460195541382