• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Fazil Mustafaya sui-qəsdlə bağlı 5 nəfər müəyyən olunaraq saxlanılıb



DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leynetantı Elşad Hacıyev bildirib ki, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb. Sonra yerli mətbuatda sui-qəsdlə bağlı daha iki nəfərin saxlanılması barədə məlumat yayılıb.

“Report” informasiya agentliyi törədilmiş silahlı hücumun təşkilatçısı və iştirakçılarının məlum olması barədə məlumat yayıb.

Qeyd olunub ki, ilkin məlumata görə hücumun təşkilatçısı 1976-cı il təvəllüdlü Səricanov Azər Kamran oğludur.

Deputata atəş açan şəxsin isə 1986-cı il təvəllüdlü Şirinov Səbuhi Vəliyəddin oğlu olduğu bildirilib.

Qeyd olunub ki, dəstənin digər üzvləri bunlardır:

1983-cü ildə Bakı şəhərində anadan olan Əsgərov Elşad Tofiq oğlu

1970-ci ildə Bakı şəhərində anadan olan Əliyarov Emin Rafiq oğlu

Deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumla bağlı saxlanılan daha bir şəxsin adının məlum olması barədə məlumat yayılıb. 

Bildirilib ki, sözgedən şəxs İlkin Süleymanovdur. Onun Xocəsəndə saxlanıldığı bildirilir.

Cinayət işi üzrə saxlanılanların hazırda Dövlət Təhlükəsizliyi Xidmətində dindirildikləri və ünvanlarda baxış aparıldığı məlum olub.

Məlum olub ki, DTX tərəfindən saxlanılanlar arasında İranda gizlənərək deputat Fazil Mustafaya onu terrorla öldürəcəkləri barədə təhdid ünvanlamış Hüseynov Hüseyn Ramiz oğlunun qardaşı Hüseynov Həsən Ramiz oğlu da var.

Belə ki, Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib (Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə, hava məkanında obyektlərin hərəkət trayektoriyası müşahidə edən İrandan göndərilmiş xüsusi qurğu ilə həbs edilib).

Məlum olub ki, Həsən Hüseynov terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə məsuliyyətdən yayınaraq İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğludur.

Qeyd edək ki, martın 28-də saat 21:51-də Fazil Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” avtomatından atəş açılaraq terror aktı törədilib. Terror aktı nəticəsində deputat bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Agentlik həmçinin sözügedən şəxsləin fotolarını da yayıb.










Qeyd edək ki, 

 

ƏN ÇOX OXUNANLAR

0.08115816116333