• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Avroviziya”dakı tanıtım çarxımız hazırdır - FOTO/VİDEO



Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edəcək Tural və Turan Bağmanovların tanıtım çarxının çəkilişləri yekunlaşıb.

Olay.az yazır ki, müxtəlif və biri-birindən gözəl məkanlarda reallaşan çəkiliş prosesi maraqlı xatirələrlə yadda qalıb.

Təmsilçilərimiz şahmat mövzulu videonu “Instagram” hesabında paylaşıb:

“Salam dostlar, biz Turan və Tural Azərbaycanlıyıq və şahmat oynamağı çox sevirik. Ona görə də, birlikdə yarışırıq. Görək kim qalib gələcək?”

Qeyd edək ki, bu il Ukrayna adından Böyük Britaniyada keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq. Tural və Turan “Tell me more” mahnısı ilə yarımfinalın birinci günündə çıxış edəcəklər.

ƏN ÇOX OXUNANLAR

0.084816932678223