• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Regionlarda karantin qaydalarına riayət etməyən koronavirus xəstələri saxlanılıb  



Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Xocalı rayon Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən koronavirus testinin nəticəsi pozitiv çıxan, Goranboy rayon Aşağı-Ağcakənd sakini Şəhriyar Quliyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, lazımi tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Fakla bağlı araşdırmalar davam etdirilir.

Nazirliyin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Qaradəmirçi kənd sakini Orxan İsmayılovun koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.

O.İsmayılov kənd ərazisindəki avtoyuma məntəqəsində saxlanılıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Nazirliyin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran rayon sakinləri Mehram Ağayev, Əlsahib Ağasıyev və Reyhanə Yarıyeva COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilmələrinə baxmayaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən olunub. Polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbətlər aparıb və yaşadığı ünvanlara geri qaytarılıblar.

Hər üç şəxs barəsində barəsində Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.

ƏN ÇOX OXUNANLAR

0.09070611000061