• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Maska taxmayan poliklinika işçisi cərimələndi: Rəhbərlik töhmət verdi -VİDEO



Sosial şəbəkələrdə Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçılar inzibati məsuliyyətə cəlb olunublar.

Baki.Media-ın məlumatına görə, görüntülərdə əks olunan şəxslərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər barəsində protokollar tərtib olunaraq cərimə olunublar.

Eləcə də poliklinika rəhbərliyi həmin şəxslərə “töhmət” elan edib.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.

11:56

Sumqayıtda poliklinikalardan birində gərgin anlar yaşanıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən məlum olur ki, poliklinikada növbədə dayanan şəxslər işçinin maska taxmamasına irad bildirib və tibb ocağının əməkdaşı ilə aralarında gərgin anlar yaşanıb.

Həmin görüntüləri təqdim edirik:

ƏN ÇOX OXUNANLAR

0.093050003051758